Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2207
07.04.2025, 12:26
Bu gün "Aprel Döyüşləri" zamanı şəhid olan əsgər Mirsalam Cəfərovun doğum günüdür.Yaşasaydı,31 yaşını qeyd edəcəkdi.
Oxu24.com döyüşlərdə şəhid olmuş gizir Cəfərov Mirsalam Təvəkkül oğlunun keçdiyi döyüş yolunu təqdim edir:
Əvvəlcə şəhidimiz barədə qısa məlumat verək: Mirsalam Təvəkkül oğlu Cəfərov 1994-cü il aprelin 7-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Burada həkim, feldşer fakültəsini gizirlik kursunda bitirib. 2016-cı ilin aprel ayında isə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Şəhidin anası Qızxanım Cəfərova Mirsalamın ən böyük arzusunun hərbçi olmaqla yanaşı, həm də şərəfli ölüm olduğunu bildirib: “Elə hey deyirdi ki, ana mən küçəmizin yollarını düzəltdirəcəm. Elə bir şəkildə öləcəm ki, dillərə dastan olacam. Elə də oldu… Sonbeşiyim, gözümün nuru, dizimin taqəti balam hər istəyinə olduğu kimi, bu arzusuna da çatdı.
Bala, Mirsalamın döyüş yoldaşları dedi ki, ay ana oğlunuzu necə vətənpərvər böyütmüsünüz. Demək Mirsalam özü hərbi həkim olub. Vəzifəsi yaralıları döyüş meydanından təxliyyə etmək olub. Görəndə ki, yoldaşları qeyri-bərabər döyüşə girir, onda o da silahını işə salıb. Pəncəli Teymurovla birlikdə də aprelin ikisindən üçünə keçən gecə şəhid olub. Bu gün də balamın doğum günüdür ki, məzarı başında qeyd edirəm. Üzülürəm ki, canımdan can itirmişəm. Amma daha çox qürur duyuram, bu gün mənim yüzlərlə Mirsalam kimi balalarım var, Allah hamısını qorusun. Mənim üçün Mirsalam da, o biri şəhid balalarım da ölməyiblər, sadəcə vətənini qorudular”.
Həmçinin oxuyun
Mirsalamın qardaşı Mirhəşim Cəfərov, şəhidliyin şərəfli olduğunu, vətən uğrunda canından keçməyin, tanrı dərgahında da ən yüksək pillərdən biri hesab olunduğunu vurğulayıb.
“Tanrı Vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Qardaşım məndən üç yaş balaca idi. Həmişə mənimlə dalaşanda çalışırdı ki, mənə özündən kəşf etdiyi fəndlərlə qalib gəlsin. Çox bacarıqlı idi. Hərbi məktəbə qəbul olanda hər ay evə xidmətdə, təlim-tərbiyədə fərqlənməyə görə təşəkkür məktubu gəlirdi. Biz hər sirrimizi bir-birimizlə bölürdük. İndi də sözüm olanda gəlirəm məzarının başına dərdləşirəm. Qardaşım belə özü öz qisasını alıb. Düşmənin iki yüksək rütbəli zabitini və 10 hərbçisini məhv edib. O, eyni zamanda yaralı yoldaşlarının da köməyinə çataraq onları xilas edib”, - deyə gözü dolmuş halda, baxışlarından qisas hiss edilən şəhidin qardaşı bildirib.
Mirsalam Cəfərov Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi 2016-cı il aprelin 11-də doğulub boya-başa çatdığı Tovuz rayonu Bayramlı kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin.
Qeyd edək ki,şəhidin atası 2020-ci ildə vəfat edib.
Məlumatlar memorial.az saytından götürülüb.
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:41 / 12 Dekabr 2025
2152
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.